Dünya Özəl

Yunanıstana qaçmağa çalışan terrorçular saxlanıldı

Yunanıstana qaçmağa çalışan terrorçular saxlanıldı

Türkiyədən Yunanıstana qaçmağa cəhd edən 7 terrorçu şübhəli qismində saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, ölkənin Ədirnə vilayətində jandarma komandanlığı tərəfindən əməliyyat keçirilib.

Əməliyyat tədbirləri nəticəsində qeyri-qanuni yollarla Yunanıstana qaçmağa çalışan 7 şübhəli şəxs saxlanılıb.

İlkin araşdırmalar zamanı, onlardan 2-nin PKK, digərlərinin isə FETÖ terror təşkilatına üzv olduğu öyrənilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova