Dünya Özəl

Özbəkistanda 426 məhbus əfv edildi

Özbəkistanda 426 məhbus əfv edildi

Özbəkistanda prezident Şavkat Mirziyoyevin Ramazan bayramı münasibətilə imzaladığı fərmanla 426 məhbus əfv edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Özbəkistan Rəyasət Heyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, Mirziyoyev “törətdiyi cinayətə görə peşman olan məhbusların bayram münasibətilə əfv edilməsi haqqında” fərmanı imzalayıb.

Sərəncama əsasən, 335 məhkum azadlığa buraxılacaq, 91 məhkumun cəza müddəti qısaldılacaq.

Əfv olunan məhbusların 5-i qeyri-qanuni təşkilatın üzvü, 13-ü 60 yaşdan yuxarı, 50-si qadın və 11-i xarici ölkə vətəndaşıdır.

Xatırladaq ki, ötən il ölkədə sözügedən bayram münasibətilə 541 məhbus əfv edilmişdi.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova