İraqın şimalındakı Metina bölgəsində 4 PKK terrorçusu türk ordusu tərəfindən zərərsizləşdirilib.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Türk Silahlı Qüvvələri terrorla mübarizə əməliyyatlarını davam etdirir:
“Son əməliyyatlar çərçivəsində İraqın şimalındakı Metina bölgəsində aşkarlanan daha 4 PKK terrorçusu hava əməliyyatı ilə zərərsizləşdirilib. Ölkə ərazisində və sərhəddən kənar terrorla mübarizə tədbirləri davam etdiriləcək”.
Aysu Demokrat.az


