Şou-biznes

"Toyumda ona mesaj yazdım və barışdıq"

Toyumda ona mesaj yazdım və barışdıq

Müğənni Elçin Cəfərov və aktyor Elşən Orucov uzun illər küsülü olmasından danışıb.

Axşam.az xəbər verir ki, Elçin "Zaurla Günaydın" proqramında toyu günü onunla barışdığını deyib:

"Ona qədər danışmırdıq. Toyumdan bir gün əvvəl mesaj yazdım ki, sabah mütləq iştirak etməlisən. O da gəldi".

Qeyd edək ki, Elşən və Elçin bir vaxtlar birlikdə çalışıb və daha sonra işbirliyinə son qoyublar. Elçin 2016-cı ildə Xalq şairi Sabir Rüstəmxanlının qızı Aydanla ailə qurub.

NE
Nihadə Eyyubova