Axşam.az iftar menyusu üçün reseptlər təqdim edir:
Souslu balıq
Ərzaq:
Balıq əti - 1 kq. Sirkə - ½ stəkan Sarımsaq - 5 - 6 diş Bir limonun şirəsi Duz zövqə görə Sous üçün: Doğranmış soğan - 200 qr. Doğranmış pomidor - 200 qr. Xırda doğranmış göyərti - 2 dəstə Zeytun yağı - ½ stəkan Sirkə - ½ stəkan Duz zövqə görə
Hazırlanması:
Balığı xırda doğrayıb, sirkə, sarımsaq, limon suyu və duz töküb qarışdırın. Sousun da bütün ərzaqlarını qarışdırın. Hər iki qarışığı soyuducuda 4 saat saxlayın. Sonra qaba bir lay balıq düzüb, bir lay sous düzün. Üzərinə su əlavə edib, vam odda bişirin. Süfrəyə verərkən üzərinə yenə sous əlavə edin.
Limonlu, kişmişli keks
Ərzaqlar:
Yumurta - 3 ədəd Şəkər tozu - 1 stəkan Otaq temperaturunda yumşalmış yağ - 180 qr. 1 limonun şirəsi Rəndələnmiş 1 limon qabığı Kişmiş - 1 stəkan Un - 2 stəkan Qabartma tozu - 1 ədəd Vanilin
Hazırlanması:
Qaba yağı və şəkər tozunu töküb mikserlə qarışdırın. Üzərinə yumurtaları əlavə edib qarışdırdıqdan sonralimon şirəsini və qabığını tökün. Sonda unu, qabartma tozu, kişmişvə vanilini əlavə edib, duru xəmir hazırlayın. Yağlanmış qaba töküb, 170 dərəcə isidilmiş sobada 45 dəqiqə bişirin. Portağallı plov
Ərzaq:
Qara zeytun - 50 qr. Su - yarım litr Düyü - 250 qr. Yağ - 50 qr. Sarımsaq - 1 diş Qəhvəyi rəngli şəkər tozu - 5 qr. Portağal qabığı - 5 qr. Fıstıq - 50 qr. Duz zövqə görə
Hazırlanması:
Düyünü yuyub, suda bir az saxlayın. Tavaya yağı, düyünü, sarımsağı, şəkər tozunu töküb, üzərinə suyu əlavə edin. 45 dəqiqə vam odda bişirin. Suyu çəkiləndə duz, zeytun, xırdalanmış fıstıq və portağal qabığını əlavə edib, 5 dəqiqə saxladıqdan sonra süfrəyə verin.


