Fransada Baş Nazirlik Ofisi də daxil olmaqla bir çox dövlət qurumları kiberhücumlara məruz qalıb.
Demokrat.az xəbər verir ki, bu barədə Baş nazirliyin Fransadakı ofisindən açıqlama verilib.
Açıqlamada, 10 martdan etibarən bəzi dövlət qurumlarının kiber hücumların hədəfinə çevrildiyi bildirilib.
Həmçinin, oxşar texniki vasitələrdən istifadə etməklə həyata keçirilən hücumların “görünməmiş intensivlikdə” olduğu bildirilib.
Qeyd edək ki, bu hücumların qarşısını almaq üçün tədbirlərin aktivləşdirildiyi, bir çox saytın təmir edildiyi bildirilib.
Aysu Demokrat.az


