Qəzza zolağında can itkisi son 24 saatda 67 nəfər artaraq 31 min 112-yə çatıb.
Demokrat.az xəbər verir ki, bu barədə bölgənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, İsrail qüvvələrinin hücumu nəticəsində son 24 saatda Qəzza zolağında daha 67 fələstinli öldürülüb.
Bununla da, Qəzzada həyatını itirənlərin sayı 31 min 112-yə yüksəlib.
İsrail qüvvələrinin son hücumlarında daha 106 fələstinli yaralanıb və Qəzza zolağında yaralananların ümumi sayı 72 min 760-a çatıb.
Aysu Demokrat.az


