Dünya Özəl

Cənubi Koreyada gəmi qəzası: Ölənlər var

Cənubi Koreyada gəmi qəzası: Ölənlər var

Cənubi Koreyanın Tonqyeonq sahillərində balıqçı gəmisinin batması nəticəsində 4 nəfər ölüb, 5 nəfər isə itkin düşüb.

Demokrat.az xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.

Bildirilib ki, Tonqyonq sahillərində üzən balıqçı qayığı naməlum səbəbdən aşıb.

20 xilasedici gəmi və 4 təyyarənin dəstəyi ilə aparılan işlər zamanı Cənubi Koreyalı kapitanın və 3 balıqçının cəsədi tapılıb.

İtkin düşən 5 nəfərin axtarışları isə davam edir.

Qeyd edək ki, qəzanın səbəblərini müəyyən etmək üçün ətraflı araşdırmalara başlanılıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova