Qəzza zolağında can itkisi son 24 saatda 83 nəfər artaraq 30 min 800-ə çatıb.
Demokrat.az xəbər verir ki, bu barədə bölgənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumatda, İsrail ordusunun hücumu nəticəsində son 24 saatda 83 fələstinlinin öldüyü, ümumi itkilərin isə 30 min 800-ə yüksəldiyi bildirilib.
Qeyd olunub ki, son hücumlarda 142 fələstinli yaralanıb, yaralıların ümumi sayı 72 min 298-ə yüksəlib.
Aysu Demokrat.az


