Şou-biznes

Elza Seyidcahan paltarlarını niyə satır? — SƏBƏB

Elza Seyidcahan paltarlarını niyə satır? — SƏBƏB

Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan paltarlarını hərraca çıxarıb.

Bu barədə Qaynarinfo-ya musiqiçinin özü məlumat verib. Müğənni hərraca çıxardığı paltarının ən ucuz qiyməti 100 manat olduğunu açıqlayıb:

"Bütün paltarlarım Bakıda restoranların birində satışdadır. Satış 1990-ci ildən bu günə kimi geyindiyim bütün paltarlar və aksesuarları əhatə edir. Kim istəyirsə, gedib ala bilər. Qiymətlər 100 manatdan başlayır”.

Elza Seyidcahan bundan aşağı qiymətin olmayacağını da vurğulayıb:

"100 manat endirimdir, daha bundan aşağı qiymət olmaz ki. Bir də unutmasınlar ki, həmin paltarlar Elza Seyidcahana aiddir”.

D
demokrat.az