Almaniyanın ən böyük hava limanı olan Frankfurt hava limanı sabah bağlı olacaq.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumatda deyilir ki, sabah Frankfurt hava limanında təhlükəsizlik işçilərinin növbəti tətil aksiyası keçiriləcək.
Həmçinin, tətilə görə gün ərzində hava reyslərinin gecikməsi və uçuşların ləğvi gözlənilir.
Qeyd edək ki, sözügedən tətillə əlaqədar hava limanında sabaha planlaşdırılan 141 reys təxirə salınıb.
Aysu Demokrat.az


