Müğənni Sevda Əliqızı duet ortağı, mərhum Xalq artisti Səməd Səmədovdan danışıb.
Axşam.az xəbər verir ki, "7 tamam" proqramına qonaq olan ifaçı illərlə küsülü olduğu S.Səmədova görə peşman olduğunuetiraf edib:
"Səməd Səmədovun dünyasını dəyişməsinə hələ də inanmıram. Onun məzarını dəfələrlə gedib ziyarət edirəm. Səmədin ad günündə, bayramlarda gedirəm. Bunu onun ailəsi də bilir. Haqqı-sayı itirən insan deyiləm. Baxmayaraq ki, biz son illərdə sənət baxımından ayrıldıq, amma dostluğumuz davam edirdi.
15 il birlikdə çalışdıq. Səmədlə bərabər işlədim. Xoş günlərimiz də olub, aramızda narazıçılıqlar da,küsüb-barışmışıq. Çox heyfsilənirəm ötən günlərə görə... Zamanında ona çox önəm verməmişəm. Vaxtında o dəyəri çox qiymətləndirmədim.
Səmədi itirəndən sonra çox peşman oldum. Kaş o şeyləri ona zamanında deyərdim ki, Səməd, çox sağol hər şeyə görə.Amma ona bunları deyə bilmədim. Hər dəfə onun məzarını gedib ziyarət edəndə deyirəm. O sağ olu Səmədin sağlığında mənə göstərdiyi insanlığına, səmimiyyətinə, sadəliyinə görə deyirəm".
Qeyd edək ki, S.Səmədov 2021-ci ildə koronavirusdan vəfat edib.


