Dünya Özəl

İtaliyada bina uçdu: Ölənlər var

İtaliyada bina uçdu: Ölənlər var

İtaliyanın Florensiya şəhərində tikilməkdə olan binanın uçması nəticəsində ən azı 2 işçi həyatını itirib.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, Florensiyanın Mariti küçəsində yerləşən supermarketin tikinti sahəsi naməlum səbəbdən çöküb.

Hadisə zamanı tikintidə 8 nəfərin olduğu, 2 işçinin isə həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, yanğınsöndürmə qrupları işçilərin tapılması istiqamətində işləri davam etdirir.

Hadisə ilə əlaqədar şəhərdə matəm elan edilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova