Somalinin paytaxtı Moqadişoda təhlükəsizlik baxımından maska və papaqdan istifadə qadağan edilib.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, cinayət törədənlər asan şəkildə kimliyini gizlətdiyi üçün maska və papaqdan istifadə qadağan edilib.
Həmçinin ictimai nəqliyyatda silah gəzdirmək də qadağan olunub.
Qeyd edək ki, ölkə ərazisində yaşlı insanların papaqdan istifadəsi isə qadağan edilməyib.
Aysu Demokrat.az


