Dünya Özəl

ABŞ-nin müdafiə naziri ilə NATO-nun baş katibi Ukrayna məsələsini müzakirə etdilər

ABŞ-nin müdafiə naziri ilə NATO-nun baş katibi Ukrayna məsələsini müzakirə etdilər

ABŞ-nin müdafiə naziri Lloyd Austin NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) məlumat yayıb.

Məlumata görə, Austin bu gün Brüsseldə keçirilməsi gözlənilən NATO Müdafiə Nazirləri Toplantısından əvvəl Stoltenberqlə görüşüb.

Görüş zamanı ikili NATO-nun Müdafiə Nazirlərinin Toplantısı çərçivəsində keçirilmiş Ukrayna Müdafiə Təmas Qrupu İclasının nəticələrini və NATO-nun transatlantik təhlükəsizliyin təmin edilməsində oynadığı mühüm rolu müzakirə edilib.

Həmçinin, tərəflər NATO ölkələrinin müdafiə nazirlərinin görüşünün prioritetlərini müzakirə ediblər.

Aysu Demokrat.az

D
demokrat.az