Dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda 14 fevral tarixində sevgililər günü qeyd olunur. Bayramın tarixi qədim Romaya bütpərəstlərə gedib çıxır, daha sonra isə bəzi xristian məzhəbləri də bu bayramı yaşatmağa başladı və rahib Valentinin adı ilə bağladı. Bəzi müsəlman ölkələrində isə bu gün ümumiyyətlə qeyd olunmur. Ölkəmizdə sevgililər günü də artıq ənənəvi bayramlar sırasına daxil olub.
Məsələ ilə bağlıDemokrat.az-a açıqlama verən ilahiyyatçı Tural İrfan qeyd edib ki, İslam dinində iki rəsmi bayram var – Qurban və Ramazan bayramları:
“Ancaq İmam Əli buyurur ki, xeyir iş gördüyünüz, Allaha üsyan etmədiyiniz hər gün sizin üçün bayramdır. Müsəlmanlar arasında müxtəlif günlər də bayram kimi qeyd olunur. Bunlara baxmaq lazımdır. Əgər İslama, adət və ənənələrimizə, qanunlarımıza zidd bir şey yoxdursa, qeyd etməkdə problem yoxdur.

Çalışmaq lazımdır ki, öz milli günlərimizi, bayramlarımızı qeyd edək, həmin günləri yaşadaq. Yoxsa zinakar və günahkar qövmlərin bayramını yaşatmaq bizə yaraşmaz. Peyğəmbərin hədislərində əmr olunur ki, zalım, fasiq, tüğyançı, pozğun qövmlərin adətlərini, ayinlərini, geyimlərini, bayramlarını yaşatmayın”.
Törə Zeynallı Demokrat.az


