Dünya

Bu ölkədə qadınlar da əsgər gedəcək

Bu ölkədə qadınlar da əsgər gedəcək

Myanmada gənc kişi və qadınların ən azı 2 il məcburi hərbi xidmətdə olacağı açıqlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə hərbi administrasiya məlumat yayıb.

Məlumatda, 18-35 yaş arası kişi və 18-27 yaş arası qadınların ən azı 2 il hərbi xidmət keçməsinin tələb olunduğu bildirilib.

Həmçinin, fövqəladə şəraitlərdə hərbi xidmət müddətinin 5 ilə qədər uzadıla biləcəyi vurğulanıb.

Qeyd edək ki, yeni qanuna qarşı çıxanlar 5 il müddətinə azadlıqdan məhrum ediləcək.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova