Dünya

Pakistanda seçkilər bu tarixdə baş tutacaq

Pakistanda seçkilər bu tarixdə baş tutacaq

Pakistan fevralın 8-də 25-ci baş nazirini seçmək üçün seçkilər keçirəcək.

Demokrat.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, 25 iyul 2018-ci ildə keçirilən son ümumi seçkilərdən sonra ilk dəfə Milli Məclisin üzvlərini seçmək üçün səs veriləcək.

Pakistan Müsəlman Liqası-Nəvaz (PML-N) lideri, keçmiş baş nazir Nəvaz Şərif və Pakistan Xalq Partiyasının (PPP) lideri, keçmiş baş nazir Bənazir Bhuttonun oğlu Bilawal Bhutto Zərdari seçkilərdə ən güclü iki namizəd kimi seçilir.

Həbsdə olan keçmiş baş nazir İmran Xanın partiyası olan Pakistan Ədalət Hərəkatı (PTI) də tanınmış partiyalar sırasındadır.

Seçki Komissiyasının məlumatına görə, 241,49 milyon əhalisi olan Pakistanda 128 milyon 585 min 760 seçici qeydə alınıb.

Bu seçicilərin 69,2 milyonu kişi, 59,3 milyonu isə qadındır.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova