Şou-biznes Özəl

Türkan Şoray bu səbəbdən Moskvaya getdi

Türkan Şoray bu səbəbdən Moskvaya getdi

Türkiyəli məşhur aktrisa Türkan Şoray Rusiyanın paytaxtı Moskva şəhərinə yollanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, 1978-ci ildə rejissor Əjdər İbrahimovun çəkdiyi "Ferhat ile Şirin-Bir Aşk Masalı" filmində baş rolda oynayan Türkan Şoray 46 ildən sonra filmin yenidən nümayişi üçün fəxri qonaq qismində Moskvaya gedib.

Tamaşaçılar tərəfindən böyük maraq və heyranlıqla qarşılanan sənətçi səhnəyə çıxan kimi bütün zalın gurultulu alqışları ilə qarşılanıb.

Aysu Demokrat.az

D
demokrat.az