Dünya Özəl

Tanınmış model evində ölü tapıldı

Tanınmış model evində ölü tapıldı

Amerikalı model Masuimi Maks 45 yaşında dünyasını dəyişib.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, modelliklə yanaşı aktrisa kimi fəaliyyət göstərən 45 yaşlı Maks Las-Veqasdakı evində ölü tapılıb.

Hadisə yerinə gələn polis və ilk yardım qrupları, ilkin təsbitlərə görə, Məsuimi Maksın ölümündə qətl və ya intihar şübhəsinin olmadığını, hadisə ilə bağlı araşdırmalara başlanılacağını açıqlayıb.

Ölüm ilə bağlı əlavə açıqlama verilməyib.

Aysu Demokrat.az

D
demokrat.az