Gəncə Dövlət Filarmoniyasında Xalq artisti, professor Azər Zeynalovun “Gəncəyə gəlirəm” adlı solo konserti keçiriləcək.
Demokrat.az xəbər verir ki, 21 aprel saat 19:00-da keçiriləcək gecədə sənətçi sevilən ifalarını onu sevənlərə təqdim edəcək.
Qeyd edək ki, Xalq artisti Azər Zeynalov solo konsert ilə Gəncədə ilk dəfə çıxış edəcək.
Biletləri Gəncə Dövlət Filarmoniyasının kassalarından və iticket.az saytından əldə etmək mümkündür.
Onu da bildirək ki, konsertin informasiya dəstəkçilərindən biri Demokrat.az xəbər portalıdır.
Aygün Əlizadə Demokrat.az


