Dünya

Pakistanda ordu yüksək döyüş vəziyyətinə gətirildi — İranda ölənlərin sayı artdı

Pakistanda ordu yüksək döyüş vəziyyətinə gətirildi — İranda ölənlərin sayı artdı

Pakistan silahlı qüvvələri son dərəcə yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

Demokrat.azxəbər verir ki, bu barədə “Reuters” Pakistan təhlükəsizlik güclərindəki mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, Pakistan istənilən təxribata qətiyyətli cavab verəcək.

Bundan əvvəl Pakistan Xarici İşlər Nazirliyi antiterror əməliyyatı keçirildiyini bəyan edib və əməliyyat zamanı ölkənin silahlı qüvvələrinin İranın Sistan və Bəlucistan əyalətində ekstremistlərin sığınacaqlarına hücum etdiyi bildirilib.

İran regional hakimiyyət orqanlarının məlumatına görə, hücumda üç qadın və dörd uşaq olmaqla doqquz nəfər həlak olub.

D
demokrat.az