Çinin əhalisi 2023-cü ildə təxminən 2 milyon nəfər azalaraq 1 milyar 409 milyona düşüb.
Demokrat.az xəbər verir ki, bu barədə Milli Statistika Bürosu (UIB) hesabat yayıb.
Hesabata görə, 2022-ci ildə 1 milyard 411 milyon olan Çin əhalisi 2023-cü ildə 1 milyard 409 milyona qədər azalıb.
Ölkə əhalisi 2022-ci ildə başlayan azalma tendensiyasını 2023-cü ildə də davam etdirib.
Nəticədə ölkə əhalisi 1 milyar 409 milyon nəfərə düşüb.
Aysu Demokrat.az


