Dünya

Dominikan polisi "Survivor"da ƏMƏLİYYAT KEÇİRDİ — VİDEO

Dominikan polisi Survivorda ƏMƏLİYYAT KEÇİRDİ — VİDEO

Dominikan polisi "Survivor All Star 2024" yarışmasına basqın edərək orada əməliyyat keçirib.

Demokrat.azTürkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə yarışmanın aparıcısı Acun Ilıcalı bildirib.

O "Survivor All Star 2024"ün yeni yayımlanan fraqmanında Dominikan polisinin "Survivor"ın keçirildiyi əraziyə hücum etdiyini, hətta bir neçə əməkdaşın nəzarətə götürlüdüyünü deyib:

"Bu yaşıma gəldim, belə bir şey yaşamadım. Mənə zəng etdilər. Dedilər ki, Dominikan polisi "Survivor"da əməliyyat keçirib, bizim əməkdaşları aparıblar".

Ilıcalının gözlənilməz açıqlaması bütün iştirakçıların təəccübünə səbəb olub.

Demokrat.azsözügedən kadrları təqdim edir:

D
demokrat.az