Dünya Özəl

Çində Britaniya kəşfiyyatı üçün casusluq edən şəxs həbs edildi

Çində Britaniya kəşfiyyatı üçün casusluq edən şəxs həbs edildi

Çin Britaniya kəşfiyyatı adından fəaliyyət göstərən şəxsi həbs etdiyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Çində kəşfiyyatdan məsul olan Dövlət Təhlükəsizliyi Nazirliyi məlumat yayıb.

Məlumata görə, soyadının "Huanq" olduğu iddia edilən şəxsin İngiltərə kəşfiyyat agentliyi “Mİ6”nın adından casusluq etdiyi müəyyən edilib.

Çində beynəlxalq konsaltinq şirkətinin meneceri olduğu bildirilən Huanqın 2015-ci ildə “MI6” ilə əlaqə quraraq “kəşfiyyat əməkdaşlığına” girdiyi, İngiltərə və digər ölkələrdə təhsil aldığı, xüsusi casusluq vasitələri əldə etdiyi iddia edilib.

Həmçinin, Huanqın kəşfiyyat məlumatı toplamaq üçün dəfələrlə Çinə səfər etdiyi və bu səfərlər zamanı dövlət sirri sayılan və kəşfiyyat dəyəri olan sənədləri ələ keçirərək “MI6”ya ötürdüyü iddia edilib.

Qeyd olunub ki, Çində “MI6” adından kəşfiyyat işçilərinin tapılması üçün çalışdığı iddia edilən Huanq, fəaliyyəti aşkarlandıqdan sonra polis tərəfindən saxlanılıb. Araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova