"Sentyabrda özümə aid brendim olacaq. Elə geyimlər satışa çıxarılacaq ki, başqa heç bir mağazada onlardangörə bilməyəcəksiniz. Sırf səhnə geyimləri olacaq. Zövqlü geyimlər gətizdirəcəyəm. Sıradan və boşluğu dolduran geyimlər olmayacaq".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov“Xəbərin var?” verilişində deyib. O, yeni işi üçün 80-100 min manat lazım olduğunu bildirib:
"Biznes qurmaq üçün minimum 50 min manat olmalıdır. Fikrimdəgeyim mağazasıdır. Yer də danışmışam, malların haradan gətiriləcəyini də dəqiqləşdirmişəm. Ən azı 80-100 min manat pul lazımdır”.


