“Hizbullah” Hərəkatı Livanın cənubundan İsrailin sərhəd bölgəsində yerləşən iki hərbi məntəqəyə hücum təşkil edib.
Demokrat.az xəbər verir ki, “Hizbullah” məsələ ilə bağlı yazılı açıqlama verib.
Açıqlamada İsrailin sərhəd bölgəsində yerləşən Hadab Yaruna ardıcıl iki dəfə, Dovev qəsəbəsindəki hərbi məntəqəyə isə müvafiq silahlarla hücum edildiyi bildirilib.
Hizbullah oktyabrın 8-dən Livanın cənubundan İsraillə sərhəd bölgəsində yerləşən hərbi məntəqələrə “Burkan raketləri” və digər müxtəlif silahlarla hücum edir.
Aysu Demokrat.az


