Dünya Özəl

Çindən ABŞ-a ETİRAZ

Çindən ABŞ-a ETİRAZ

Pekin Administrasiyası ABŞ-da Prezident Co Baydenin imzalaması ilə qüvvəyə minən 2024-cü il Milli Müdafiə Səlahiyyəti Aktına etiraz etdiyini bəyan edib.

Demokrat.az xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning açıqlama verib.

O bildirib ki, sözügedən qanun Çinin daxili işlərinə açıq şəkildə müdaxilə edir.

ABŞ rəhbərliyini Prezident Co Baydenin “Tayvanın müstəqilliyini dəstəkləməmək” vədini yerinə yetirməyə çağıran Mao, qanunu pislədiklərini və diplomatik kanallarla etiraz etdiklərini bildirib.

Qanunun Çini bir “təhdid” olaraq göstərdiyini, Çin şirkətlərini təzyiq altında saxladığını, iki ölkə arasında normal iqtisadi, ticarət və humanitar əlaqələri məhdudlaşdırdığını vurğulayan sözçü, “ABŞ soyuq müharibə zehniyyətindən və ideoloji ön mühakimələrdən əl çəkməlidir. ticarət və digər sahələrdə Çin-ABŞ əməkdaşlıq üçün uyğun mühit yaratmalıdır."- deyə əlavə edib.

Aysu Demokrat.az

D
demokrat.az