Konqo Demokratik Respublikasının (KDR) Cənubi-Kivu əyalətində baş verən torpaq sürüşməsi nəticəsində azı 20 nəfər həyatını itirib.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Məlumata görə, son 3 gündə yağan güclü yağış sel və torpaq sürüşməsinə səbəb olub.
Təxminən 170 evin dağıldığı sürüşmə və daşqınlarda indiyədək ən azı 20 nəfər həyatını itirib.
Xatırladaq ki, 2023-cü ilin may ayında güclü yağışlar nəticəsində eyni bölgədə baş verən seldə 425 nəfər həyatını itirib.
Aysu Demokrat.az


