Fransa ordunun hakimiyyətə keçməsindən bəri diplomatik böhranlar yaşayan Niameydəki səfirliyini bağlayır.
Demokrat.az xəbər verir ki, bu barədə Fransa mediası məlumat yayıb.
Məlumata görə, Fransa səfir Silvain İttenin sentyabrın 27-də ölkəni tərk etməsindən sonra Niamey səfirliyini bağlamaq qərarına gəlib.
Belə ki, Nigeriya hakimiyyətinin məhdudiyyətləri səbəbindən səfirlik öz vəzifələrini yerinə yetirə bilməyib.
Niger səlahiyyətlilərindən səfirliyin normal fəaliyyətini davam etdirməsi xahiş olunsa da bu cavabsız qalıb və buna görə də səfirliyin dekabrın 22-dən qeyri-müəyyən müddətədək bağlanacağı bildirilib.
Aysu Demokrat.az


