Dünya Özəl

ABŞ-də 50 ilə yaxın həbsxanada yatmış şəxsin günahsız olduğu sübut edilib

ABŞ-də 50 ilə yaxın həbsxanada yatmış şəxsin günahsız olduğu sübut edilib

ABŞ-nin Oklahoma ştatında 50 ilə yaxın həbsxanada yatmış şəxsin günahkar olmadığı təsdiqlənib.

Demokrat.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Bildirilib ki, qətl ittihamı ilə 48 il 1 ay 18 gün həbsdə yatan və vəkillərinin müraciətindən sonra prokurorlar tərəfindən sərbəst buraxılan 71 yaşlı Qlin Simmonsun günahkar olmadığı təsdiqlənib.

Məhkəmənin son qərarı Simmonsa qanunsuz məhkum edilməsinə görə dövlətdən 175 min dollara qədər təzminat tələb etmək hüququ verir.

Simmonsun vəkili Joe Norwood da bildirib ki, o, Oklahoma şəhərinə,həbsi və məhkum edilməsində iştirak edən hüquq-mühafizə orqanlarına qarşı federal iddia qaldıra bilər.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova