İsrailin Qəzza zolağına hücumları nəticəsində həyatını itirən jurnalistlərin sayı 68-ə yüksəlib.
Demokrat.az xəbər verir ki, bu barədə Jurnalistləri Müdafiə Komitəsi (CPJ) məlumat yayıb.
CPJ-nin 19 dekabr 2023-cü il tarixinə apardığı ilkin araşdırmalar göstərir ki, oktyabrın 7-də müharibə başlayandan bəri həlak olan 19 mindən çox insan arasında ən azı 68 jurnalist, o cümlədən Qəzzada və İordan çayının qərb sahilində 18 mindən çox fələstinli və 1200 nəfər də var.
Həmçinin, öldürülən jurnalistlərin 61-nin Fələstinli, 4-nün İsrail və 3-nün Livandan olduğu vurğulanıb.
Bundan əlavə 13 jurnalist yaralanıb, 3-ü isə itkin düşüb.
Aysu Demokrat.az


