İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində daha bir fələstinli gənci öldürüb.
Demokrat.az xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi “WAFA” məlumat yayıb.
Məlumata görə, İsrail əsgərləri İordan çayının qərb sahilindəki Hebron şəhərində 28 yaşlı Basil Vecih əl-Muhtesib adlı şəxsin maşınına atəş açıb.
Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, İsrail əsgərlərinin açdığı atəş nəticəsində yaralanan şəxs həyatını itirib.
Beləliklə, oktyabrın 7-dən bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə İsrail qüvvələri və işğalçı yəhudilərin hücumlarında həyatını itirən fələstinlilərin sayı 303-ə çatıb.
Aysu Demokrat.az


