Dünya Özəl

Nigeriyada silahlı şəxslər 23 nəfəri qaçırdı

Nigeriyada silahlı şəxslər 23 nəfəri qaçırdı

Qərbi Afrika ölkələrindən biri olan Nigeriyanın Taraba əyalətində silahlı şəxslər 23 nəfəri qaçırıb.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatlar beynəlxalq mətbuatda yayılıb.

Məlumata görə, silahlı qruplar Taraba əyalətinin Yorro bölgəsinə basqın edib.

Basqın zamanı rayon rəisi də daxil olmaqla 23 nəfər qaçırılıb.

Qeyd edək ki, ölkədə adam oğurluğu cinayəti ölümlə cəzalandırılsa da, fidyə qarşılığında adam oğurluğu hallarına rast gəlinir.

Silahlı insanlar ümumiyyətlə ölkənin şimalındakı kəndləri, məktəbləri və səyahətçiləri hədəf alır və pul tələb edirlər.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova