Dünya

Çində zəlzələdən ölənlərin sayı 131-ə çatdı

Çində zəlzələdən ölənlərin sayı 131-ə çatdı

Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb.

Demokrat.azxəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Qeyd olunub ki, 113 nəfər ölkənin şimal-qərbindəki Qansu əyalətində, 18 nəfər Çinin qərbindəki Çinxay əyalətində ölüb.

Xatırladaq ki, 19 dekabr tarixində yerli vaxtla gecə saat 4-də Qansu vilayətinin Cişişan rayonunda 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib.

D
demokrat.az