İşğal altındakı İordan çayının qərb sahilində İsrail ordusunun açdığı atəş nəticəsində ikisi uşaq olmaqla 4 fələstinli şəhid olub.
Demokrat.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən açıqlama verilib.
Açıqlamaya görə, İsrail ordusu Faria Qaçqınlar Düşərgəsinə basqın edib.
Basqın zamanı Rəşid Həbib əl-Ayidi, Hikmət Semir Muhammed Mülhim, Muhammed Semir Muhammed Mulhim və Yezzen əl-Hatib adlı şəxslər həyatını itirib.
Hadisə şahidləri İsrail ordusunun basqın etdiyi düşərgədə əsgərlərlə fələstinli silahlı qruplar arasında qarşıdurma yarandığını, ordunun düşərgəni mühasirəyə aldığını və müxtəlif nöqtələrə snayperlər yerləşdirdiyini bildirib.
Aysu Demokrat.az


