Dünya Özəl

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Qazaxıstanda fövqəladə vəziyyət elan edildi

Qazaxıstanın Cambil vilayətində qar fırtınası ilə əlaqədar regional fövqəladə vəziyyət elan edilib.

Demokrat.az xəbər verir ki, bu barədə vilayət qubernatorluğundan açıqlama verilib.

Açıqlamada, soyuq hava, qar fırtınası və görmə məsafəsinin azalması kimi əlverişsiz hava şəraiti ilə əlaqədar bölgədə regional fövqəladə vəziyyət elan edildiyi bildirilib.

Eyni zamanda, güclü külək və qar yağması səbəbindən əyalətin 4 rayonunda elektrik enerjisinin kəsildiyi bildirilib.

Bundan başqa, hər birində 500-dən 700-ə qədər sərnişin olan 11 qatarın yolda qaldığı vurğulanıb.

Açıqlamada son 2 gündə qar səbəbindən rayonda köməksiz vəziyyətdə qalan 5 mindən çox insanın xilas edildiyi bildirilib və dövlət sərhədindən keçən bütün şəhərlərarası avtomobil yollarının nəqliyyatın hərəkətinə bağlandığı bildirilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova