Keniyada noyabrın ortalarından bu yana yağan güclü yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 170-ə yüksəlib.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Qırmızı Xaç Cəmiyyətindən açıqlama verilib.
Açıqlamada leysan yağışların səbəb olduğu daşqınlar səbəbindən can itkisinin artdığı bildirilib.
Təbii fəlakət nəticəsində həyatını itirənlərin sayının 170-ə çatdığı, 600 min Keniyalının isə ötən ayın ortalarından etibarən evlərini tərk etmək məcburiyyətində qaldığı qeyd edilib.
Keniya ordusu da yardım səylərinə dəstək verib, təbii fəlakət nəticəsində kənd təsərrüfatı sahələrinə ziyan dəyib, yollar və körpülər də zərər görüb.
Keniya Meteorologiya İdarəsi isə leysan yağışların davam edəcəyi üçün daşqın riski olan bölgələrdə yaşayanların təxliyə edilməsinə çağırıb.
Keniyada hökumət daşqın qurbanları üçün 15 milyon dollar büdcə ayırıb və “fövqəladə vəziyyət” elan edib.
Aysu Demokrat.az


