Dünya Özəl

Kanada Qəzza zolağına humanitar yardım göndərdi

Kanada Qəzza zolağına humanitar yardım göndərdi

Kanada Qəzza zolağına və İordan çayının qərb sahilinə 16,2 milyon dollar humanitar yardım göndərib.

Demokrat.az xəbər verir ki, bu barədə Kanadanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məlumatda bunun Qəzzaya daha əvvəl elan edilən 60 milyon dollarlıq humanitar yardımın bir hissəsi olduğu bildirilib.

Açıqlamada fikirlərinə yer verilən Kanadanın Beynəlxalq İnkişaf Naziri Əhməd Hussen 16,2 milyon dollarlıq humanitar yardımın Qəzza zolağı İordan çayının qərb sahili və oradakı böhrandan təsirlənən bölgələr üçün istifadə olunacağını qeyd edib.

Hussen bildirib ki, yardımlar bölgədə qida, su, təcili tibbi yardım, yardım materialları və digər təcili ehtiyaclar üçün istifadə olunacaq.

Aysu Demokrat.az

D
demokrat.az