İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə 60 fələstinlini nəzarətə götürüb.
Demokrat.az xəbər verir ki, bu barədə Fələstinli Əsirlər Dərnəyindən verilən açıqlamada bildirilib.
Belə ki, məlumatda, İsrail qüvvələrinin gecə və səhər tezdən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdəki evlərə basqın etdiyi vurğulanıb.
İsrail qüvvələrinin əksəriyyəti Hebron və Ramallahdan olan 60 nəfəri saxladığı bildirilib.
Açıqlamada oktyabrın 7-dən etibarən İordan çayının qərb sahilində və Şərqi Qüdsdə İsrail qüvvələri tərəfindən nəzarətə alınan fələstinlilərin sayının 3260-a yüksəldiyi qeyd edilib.
Aysu Demokrat.az


