Gündəm

Müalicəvi siropların doğurduğu təhlükə — Professordan XƏBƏRDARLIQ

Müalicəvi siropların doğurduğu təhlükə — Professordan XƏBƏRDARLIQ

“Ümumiyyətlə, uşaqlara dərman verəndə maksimum dərəcədə ehtiyatlı olmaq lazımdır. Hər şeydən ötrü onlara dərman vermək düzgün deyil”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

O, payız fəslinin başlaması ilə bərabər uşaqlarda ortaya çıxan boğaz ağrısı və öskürəklərdə valideynlərin müalicəvi siroplardan istifadə etməsi məsələsinə toxunub.

Xatırladaq ki, Dünya Səhiyyə Təşkilatının (DST) məlumatına görə, ötən il dünyada 204 uşaq müalicəvi siroplardan vəfat edib. Qeyd olunub ki, bir çox siropların tərkibində uşaqlar üçün ziyanlıetilinqlikol maddəsi aşkarlanıb.

“Uşaqlar üçün nəzərdə tutulan siroplarparasetamol əsaslıdır və iltihab proseslərini, soyuqdəyməni və digər xəstəlikləri aradan götürür. “Panadol” və “Efferalgan” kimi parasetamol əsaslı dərmanların tərkibinə fikir vermək lazımdır. Təəssüfki, bu kimi dərmanların da bəzən keyfiyyətsiz variantları aşkara çıxır”, – deyə A. Qeybulla vurğulayıb.

Professorun fikrincə, uşaqlara antibiotiklərin vurulması, müxtəlif ağır dərmanların, məsələn, “Tetrasiklin”in verilməsi yolverilməzdir:

“Bunlar təlimatlarda olmalıdır, eləcə də uşaqlara baxan sahə pediatrları yarana biləcək fəsadı bildirilməlidir. Qısası, uşaqların səhhətini maksimum nəzarətdə saxlamaq lazımdır. Lakin heyf ki bu cür hadisələr baş verir və araşdırılmamış qalır.

Özbaşına təyinat məqsədəuyğun deyil. Valideynlərə də əsas tövsiyə budur ki, uşaqlara özbaşına dərman verməsinlər”.

NE
Nihadə Eyyubova