Dünya Özəl

İsrail və HƏMAS arasında girov mübadiləsi təxirə salındı

İsrail və HƏMAS arasında girov mübadiləsi təxirə salındı

İsrail və HƏMAS arasında girov mübadiləsi cümə gününə qədər təxirə salınıb.

Demokrat.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Məlumatda, İsrail və HƏMAS arasında girov mübadiləsinin cümə günündən əvvəl başlamayacağı açıqlanıb.

İsrail Milli Təhlükəsizlik Şurasının verdiyi açıqlamada cümə gününə qədər girovların azad edilməyəcəyi açıqlansa da, İsrail rəsmiləri razılaşdırılmış müvəqqəti atəşkəsin başlamasının cümə gününə qədər təxirə salındığını bildirib.

Qeyd edək ki, ilk girovların cümə axşamı azad ediləcəyi gözlənilirdi.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova