İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə daha 35 fələstinlini həbs edib.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, İsrail qüvvələri İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə basqın edib.
Basqınlar nəticəsində ən az 35 fələstinlini nəzarətə götürülüb.
Oktyabrın 7-dən etibarən İordan çayının qərb sahilində və Şərqi Qüdsdə saxlanılanların sayı 3035-ə yüksəlib.
Aysu Demokrat.az


