Serbiya Xorvatiyanın Belqraddakı səfirliyində çalışan diplomat Hrvoje Snayderi casusluq etdiyi səbəbilə deportasiya etmək qərarına gəlib.
Demokrat.az xəbər verir ki, bununla bağlı Serbiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda, casusluq etdiyi məlum olan diplomat Snayderin “persona non qrata” elan edildiyi bildirilib.
Dəlillər əsasında diplomatın ölkədən qovulduğu bildirilən açıqlamada Snayderin vəzifəsi zamanı “diplomatik sərhədləri aşdığı” və bunların qəbuledilməz olduğu qeyd edilib.
Xorvatiya Xarici İşlər Nazirliyi də diplomatın qovulmasının səbəblərini rədd edib və ikitərəfli münasibətlərin korlana biləcəyi barədə xəbərdarlıq edib.
Aysu Demokrat.az


