Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rəsmi səfəri çərçivəsində sabah Əlcəzairə gedəcək.
Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
Bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğan Əlcəzair Prezidenti Əbdülməcid Tebbunun dəvəti ilə Əlcəzairə gedəcək.
Səfər zamanı ikitərəfli və regional məsələlərlə yanaşı, ən mühüm gündəm maddələrindən biri Qəzzadakı vəziyyət olacaq.
Aysu Demokrat.az


