Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüşüb.
Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, prezident Ərdoğan Almaniyada Ştaynmayer tərəfindən qarşılanıb.
Ərdoğan səfəri xatırlamaq üçün hazırlanan fəxri kitabını imzalayıb.
Daha sonra təkbətək görüşən Ərdoğan və Ştaynmayer nümayəndə heyətləri arasında keçirilən görüşə də rəhbərlik ediblər.
Aysu Demokrat.az


