Dünya Özəl

Daha bir ölkə “Tiktok”u qadağan etdi

Daha bir ölkə “Tiktok”u qadağan etdi

Nepal da Çin sosial media platforması TikTok-u qadağan edən ölkələrə qoşulub.

Demokrat.az xəbər verir ki, bu barədə yerli hökumət qərar qəbul edib.

Belə ki, Nepal hökuməti məşhur sosial media tətbiqi TikTok-un ölkədəki ictimai quruluşu pozduğunu əsas gətirərək qadağan etmək qərarına gəlib.

Rabitə və İnformasiya Texnologiyaları Naziri Reka Şarma, platformanın etiraz doğuran məzmun yaydığını söyləyib. Həmçinin qadağanın dərhal qüvvəyə minəcəyini və səlahiyyətlilərə qərarı həyata keçirmək üçün göstəriş verildiyini bildirib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova