BMT Yaxın Şərqdə davam edən münaqişədə həyatını itirən əməkdaşlarını anmaq üçün bayraqları yarıya endirəcək.
Demokrat.az xəbər verir ki, bunu BMT baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında deyib.
O bildirib ki, beynəlxalq təşkilatın Nyu-Yorkdakı baş qərargahı ilə yanaşı, bütün ölkələrdəki ofislərində dalğalanan bayraqlar yarıya endiriləcək və bir dəqiqəlik sükut elan olunacaq.
Anım mərasimi noyabrın 13-də baş tutacaq.
Xatırladaq ki, BMT Qəzza zolağında ən böyük humanitar təşkilatı olan Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) 88-dən çox əməkdaşı həlak olub.


