İtaliyanın Toskana və Veneto vilayətlərində baş verən sel və daşqınlar ölümlə nəticələnib.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilib ki, hava şəraiti nəticəsində 5 nəfər dünyasını dəyişib, 3 nəfər isə itkin düşüb.
Eyni zamanda Toskana bölgəsində 40 min nəfər elektriksiz qalıb.
Aysu Demokrat.az


