ABŞ-ın dövlət katibi Antoni Blinken noyabrın 5-də Ankaraya səfər edəcək.
Demokrat.az xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.
Bildirilib ki, ABŞ-ın dövlət katibi Blinken vəzifəyə gəldikdən sonra ikinci dəfə Türkiyəyə səfər edəcək.
Qeyd edək ki, fevralın 6-da baş verən zəlzələlərə görə Türkiyəyə ilk dəfə gələn nazir İsrail-Həmas müharibəsindən sonra növbəti dəfə Ankaraya səfər edəcək.
Aysu Demokrat.az


